Amandı
Mənimlə yaşayan canına qurban Məni canın qədər sevmə, amandı Sənin bir sözünə fədadır bu can Amma ki, sən məni sevmə, amandı. Bir gül tək dəyər ver mənə burada Amma süni gül tək bilmə, amandı İzn verməyibdir bizə Xuda da Qismətə sən qarşı gəlmə, amandı. Günəşin olaram istəsən əgər Gecələr vəfasız demə, amandı Vaxtsız gələn qonaq vaxtsız da gedər Ömürlük gəl mənə demə, amandı!
| |
Просмотров: 841 | |