Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Sevgi yağışı
Yağış yağır:Sevgi yağışı.
İsladır hər yeri;gülü,çiçəyi.
Təkcə islatmır bu yağan yağış.
Sevgiylə alovlanan yanan qəlbləri.
Yağış yağır:Sevgi yağışı.
Bu yağış sevginin göz yaşlarıdır.
Yağır yer üzünə sevənlər üçün.
Ürəkdən sevib sevilənlər üçün.
Yağış yağır:Sevgi yağışı.
Bu yağış incidir sınan qəlbləri.
Su səpib soyudur yanan qəlbləri.
Axı niyə soyutmur mənim qəlbimi?
Yağış yağır:Sevgi yağışı.
Bu yağış isladır bütün qəlbləri.
Bəzi qəlblərə güc-qüvvə verir.
Bu yağış sağaltmır yaralı qəlbi.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 931 | Рейтинг: 0.0/0