Nə biləydim sevəcəm…
Nə biləydim sevəcəm dünyalar qədər? Nə biləydim açılar ömrümə səhər? Məni xoşhal eləmiş eşqiylə yarım, Dedi: "Ol nazlı dilbərim, ey nigarım!” Nişan etdi oxunu bağlı könlümə, Bahar etdi qışı, yaz oldu ömrümə. Əridim bir baxışıyla, gülüşüylə, öpüşüylə, Zülmətli gecəm nura boyandı günəşiylə. Hər kim desə ki sevgi nağıldır, gərçi bil ki, Sevgisini nağıl eyləyən yarı yox çünki! Bil qədrini, Nərmin, əhdinə bivəfa olma, Çək aşiqinin cəfasını, biganə olma!
| |
Просмотров: 955 | |