Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Külək olmaq İstəyirəm…
Külək olmaq istəyirəm, əsə-əsə vücuduna toxunam,
Yağış olub, damla-damla dodaqlarında qalam,
Günəş olmaq istəyirəm, şəfəqimlə ürəyinə nur olam,
Gecələrin zülmətində gözündə yuxun olam,
Xəyalların, xülyaların, sirrinin ruhu olam.
Səsin olam, duya biləm aldığın hər nəfəsi,
Ürəyinə möhür olam, sevginin son nöqtəsi.
Yorulmadan, usanmadan seyr edəm gözlərini,
Məlhəm edəm sənsiz qalan könlümə sözlərini.
Hər gəlişin adın kimi bayram ola ömrümə,
Hər nə desəm yenə yetmir sözlər mənim sözümə.
Sussam daşar, desəm çaşar, bilməz nitqim neyləsin…
Nə söyləsəm, bu – duyduğum sevginin bir zərrəsi!..
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 991 | Рейтинг: 0.0/0