Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Toyumuz
Tam fərqli düşüncə tərzimə görə,
Bəzən insanlardan ayrı düşürəm..
Xəyallar qururam, plan cızıram,
İkimiz haqqında fikirləşirəm..
Şeiri oxuyarkən, məncə bilərsən
Bunu yazmağımda məqsədim nədi?!
Bu da bir etiraf sayılır onsuz
Belə bir fikrim var, bax gör necədi?
Məsəlçün, qurtarıb Universiteti
Gedim əsgərliyə, gəlim 1 ilə..
Gələn il avqustda nişan keçirək,
Hələ toy söhbətin gətirmə dilə..
Yəqin sən özün də razı olmarsan,
Evlilik qərarı alınmır qəfil..
Əvvəl bir iş tapım, ən əsas budu,
Ev, maşın hazırda problem deyil..
Sonra toyumuza hazırlaşaq biz,
Əlbəttə, qohumlar, tanışlar gələr..
Heç kim yadımızdan çıxmasın gərək,
Paylayaq hər kəsə dəvətnamələr..
İndidən toy üçün yer danışmışam,
2015 – in birinci ayına..
İçində yalnızca ikimiz olan
Vertolyot enəcək şadlıq sarayına..
Biz içəri daxil olandan sonra
Nələr baş verəcək səndən xəbərsiz..
"Gangnam Style” – ı oynayaq gərək
Həzin bir mahnının ortasında biz..
Sonra mikrafona yaxınlaşaraq
"Razısan” sualına gərək "hə” deyək..
"Yox” – u gözləyənlər bağışlasınlar,
Buracan gəlmişik, başqa nə deyək?
Toyun axırında gül tutmaq üçün,
Oğlanlar duracaq qızlardan öndə..
Sən də prinsipə gül filan atma,
Qalsın arzuları ürəklərində..
Toydan sonra gedək, istirahətə?
Qoy olsun hər bir şey, öz ürəyincə..
Artıq xəritədən, yer də seçmişəm,
Atlantik okean, necədi səncə?
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 869 | Рейтинг: 0.0/0