Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 06.07.2025

Sevgi hekayəsi
Ayrıldığımız səhnə ölsəm unudulmaz,
Əlləri əlimdən düşürdü mənim.
Sənsiz yaşayaram, sənsiz də olmaz,
Ruhum bədənimdən çıxırdı mənim.
Sevgi karvanına qoşulduq o gün,
Sənlə irəlilədik sonsuz səhrada,
Qaranlıq yollara girdik birgə biz,
Sevgim işıq oldu hey xəyallarda.
Sanki buludlarda gəzirdik birgə,
Umudlə baxırdıq gələcəyə biz,
Keçmişi nə qədər təmizləsən də,
Sevgim ürəyimdə olubdur bir iz.
Sevgini ilk dəfə sənlə yaşadım,
Sənlə ümüd qurdum sənsiz yaşadım,
Ayrılıq nə qədər çətin olsa da,
Mən hey ürəyimdə sənlə yaşadım.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 847 | Рейтинг: 0.0/0