Gecikdim
Tezmi doğuldun sən, Ya gecikdimmi mən? Nə edim ki, indi Unutmayasan məni? Bəlkə bir gün Yenə bu şəhərdə, Yenə eyni yerdə, Yenə eyni vəziyyətdə Çıxaram qarşına sənin. Bu dəfə fərqli olar hər şey, Bu dəfə sevərsən məni, Bu dəfə olarsan mənim. Yadındadır o ilk görüş? Sən çox incə, Mən çox gücsüz. Ya da heç olmayan o ilk öpüş? Susardı dodaqlarım, Danışardı gözlərim. Anlamazdın sən, Anlamazdın məni. Bəlkə bir gün, Fərqli bir şəhərdə, Görüşərik biz yenə. Təkrar deyərəm sənə, Sevirəm səni, Unutmamışam hələ.
| |
| Просмотров: 843 | |