Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Baxma gözlərimə
Yadımda bu dünya rəngli qalacaq
Könlüm səksəkəli , şəkli qalacaq
Gözümdə gözünün şəkli qalacaq
Baxma gözlərimə , baxma sən allah !
Gözünə , könlünə sığdımı dünya?
Gözünü yollardan yığdımı dünya?
Axır axırına çıxdımı dünya?
Baxma gözlərimə , baxma sən allah !
Gözümün əvvəlki odu yoxdu ki,
Dünyanın ləzzəti , dadı yoxdu ki,
Gözlərimdə sehr-cadu yoxdu ki,
Baxma gözlərimə, baxma sən allah !
Bir getdin , qayıdıb yenəmi gəldin?
Təzədən məzhəbə , dinəmi gəldin?
Dağ-dağ eləməyə sinəmi gəldin
Baxma gözlərimə, baxma sən allah !
Sözü söz eləyib sədaya salma
Məni qana salma , qadaya salma
Baxıb gözlərini xataya salma
Baxma gözlərimə , baxma sən allah !
Dərd-qəmi başımdan sova bilərəm
Könlünü bir isti yuva bilərəm
Təzədən vurulub sevə bilərəm
Baxma gözlərimə , baxma sən allah !
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 945 | Рейтинг: 0.0/0