Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Sən mənim ilk yazımsan
Nəğmə
Könlümdə ahımmısan,
Köləmmi , şahımmısan,
Söylə , günahımmısan
Yoxsa günahsızlığım?
Varımmı , yoxummusan,
Sən şirin yuxummusan,
Bilmirəm haqqımmısan
Yoxsa ki , haqsızlığım!?
Yoxsa acı yaşlarda
Göynəyən gözümmüsən
Bir ömür belə keçdi …
Bir ömür də versələr
Sevməyə dözərmisən .
Sən qəlbimdə oxunan
Ilk nəğməm , ilk arzumsan.
Mən sənlə çiçəklədim
Sən mənim ilk yazımsan.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 851 | Рейтинг: 0.0/0