Elə sevdim ki , səni
Mən elə sevdim ki , səni Daşı sevsəm gül açardı. Mən elə sevdim ki , səni Lalı sevsəm dil açardı. Mən elə sevdim ki , səni Qumu sevsəm göyərərdi. O qədər ki , səni sevdim Kimi sevsəm Yumşalardı, Kövrələrdi . Mən səni sevdiyim qədər Buzu sevsəm əriyərdi. Dağı sevsəm Ayaq tutub yeriyərdi. Mən səni sevdiyim qədər Kor quyunu sevsə idim sinəsindən Zəm-zəm suyu saçılardı. Mən səni sevdiyim qədər Kar qayanı sevsə idim Qulaqarı açılardı. Mən elə sevdim ki , səni Səndən başqa hamı bunun fərqindəydi sən də məni sevsə idin mənim qədər dərdim nəydi?!
| |
Просмотров: 1077 | |