Sən unutdun
Bir yara var içimdə, Sanki məni məhv edir,gün keçdikcə. Unutmaq çox çətin gəldi mənə Sənin unutmağınsa dərd oldu könlümə. Hara getdimsə arxamca gəldi xəyalın, O gündən qurumadı göz yaşım Bilmirəm ki,sənsizlikdən hara qaçım? Bitmək bilmir,bu ağrım,acım. Sevmişdim,elə bilirdim ki,tək mənimsən Həyatda qarşıma çıxan bir ilksən Sən Tanrıdan istədiyim ən böyük diləksən. Sən sözlərimi dinləmədən,unuda bilmisən. Necə unutmaq lazımdı kaş bunu biləydim, Xəyalını gözümdən uzaq tuta biləydim, Adını bu ürəkdən,dilimdən silə biləydim Mən də kaş sənintəki unuda biləydim.
| |
Просмотров: 858 | |