Nə yaxşı səni sevdim…
Nə yaxşı ki , görüşdük Ömrün yollarında bız. Nə yaxşı qoşa vurdu Bir döyündü qəlbimiz. Nə yaxşı başımızdan Ötdü sevdanın çəni Nə yaxşı səni sevdim, Nə yaxşı sevdin məni. Sən mənim qismətim oldun ,nə yaxşı Günəş tək üzümə güldün , nə yaxşı Xoş gəldin ömrümə , gəldin , nə yaxşı Xoş gəldin , gülüm! Sənsiz necə keçərdi Payızı , qışı ömrün? Necə axşam olardı, Necə başlayardı gün? Mənim işıqlı dünyam, Mənim əbədi sevgim Nə yaxşı sevdin məni, Nə yaxşı səni sevdim.
| |
Просмотров: 956 | |