Gözlərdəki yerim
Bir yaş da gəldi yaşımın üstünə Keçdi ömür ,gün. Bir sarı yarpaq da düşdü üstünə ömrümüzün. Ömrüm boyü sevəcəyim, Güvənəcəyim birini aradım. Baxdım mənə həsrətlə , sevgiylə baxan gözlərə O gözlərdə üşüyən, Qəribsiyən, Mənsizləyən Yerimi aradım. Bir gün sevdim o gözlərdən birini. əksimi gördüm o gözlərdə oxudum yazacağım ilk şerimi. Məni məndən aldı mənsizliyə vardı, arzularımı apardı o gözlər. Apardı ümidlərimi. Aradım ,aradım tapmadım O gözlərdə yerimi. Bilmirəm , doğru yerə baxmadım bəlkə də, ya baxdım da görmədim doğrusu. Bəlkə gözlərdəki yerimi çaldı bir könül oğrusu?!
| |
Просмотров: 866 | |