Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Gəldin bu dünyaya … doğuldun
Əvvəl ürəyimdə bəslədim ,
böyütdüm səni ,
sonra ürəyimin altında.
Nə vaxt qımıldanmağa başladın ,
Nə vaxt ürəyimin döyüntüsünə qarışıb
vurmağa başladı ürəyin
canımın hansı qatında
nə sənin yadındadı ,
nə mənim yadımda.
Kiçicik əllərinlə boşluqlardan tuta-yuta
qışqıra-qışqıra gəldin həyata.
ciyərlərinə çəkdin
Havanı doya-doya.
Hökmlə çığırdın
varlığını elan elədin hamıya.
Bir , iki , üç düyün…
İkicə barrmağın hərəkətiylə
səni mənə bağlayan bağı
kəsdilər o gün.
Mənim bir parçam idin
sığmadın dünyamın
eninə boyuna.
İçindəki işığın
tələsinə düşdün
atıldın həyat adlı oyuna.
Xoş gəldin dünyaya ,doğuldun.
Mənim bir parçam idin
dünyanın bir parçası oldun.
Sonra da qoynuma aldım ,nəhayət
Sonra da qollarım beşıyın oldu.
Yuxusuz gecələr yuxulu , yorğun
Sonra da böyüdün …sözə nə hacət,
Sonra da hey sənin dediyin oldu.
Gəldin bu dünyaya… öz taleyinə
Ağa olacaqsan , kölə bilmirəm.
Mənim övladımsan , qoca dünyanın
Nəyi olacaqsan… hələ bilmirəm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 815 | Рейтинг: 0.0/0