H.Əliyevə həsr olunmuş şeirlər
Hələ çiynimizdədir uğurlu əlin sənin (ulu öndərimiz H.Əliyevin əziz xatirəsinə həsr olunur) Ömrün şirin bir nəğmə Həyatın tarix dərsi. Belə ömür yaşamaq Arzusudur hər kəsin Qoy bu tarix dərsini Bütün cahan oxusun Azərbaycan dinləsin, Azərbaycan oxusun. Azərbaycan oxusun Dastanlara sığmayan Bir ömrün nəğməsini Azərbaycan oxusun Bu ömrün 80 illik Hünər səlnaməsini. Azərbaycan dinləsin Ulu haqqın səsini. Bu səs sənin səindi Səslənir qulağımda Quran ayəsi təki. Bu səs sənin səsindi Oxuyur dodağımda Zəfər nəğməsi təki. Bu səs sənin səsindi Titrədir salonları mərmi zərbəsi təki. Yenə səni dinləyir Vətənin, elin sənin. Hələ çiynimizdədir Uğurlu əlin sənin. Sən dağa arxalandın Dağ sənə arxa durdu. Sən haqqa arxalandın Haqq sənə arxa durdu Sən xalqa arxalandın Xalq sənə arxa durdu. Arxası dağ olanın Gücü tükənməz dedin. Araxası haqq olanın Çırağı sönməz dedin. Arxası xalq olanın Bayrağı enməz dedin. Yolumuza nur saçır Ömür məşəlin sənin Hələ çiynimizdədir Uğurlu əlin səni. Bu qurub yaratdığın Dövlət yaşadar səni. Haqqını yaşatdığın Millət yaşadar səni. Pillə-pillə ucalıb Kərpic-kərpic qurduğun Bu ölkə, bu məmləkət, Məmləkət boyda sevgi, Dünya dolusu şöhrət, Hörmət yaşadar səni. Sənsiz keçən günlərin Hər ayında, günündə, Hər kəsin həyatında, Hər nəfərin ömründə Görünür yerin sənin. Qədir bilən xalqının Səni sevən könlündə Sağlığında ucalıb Məğrur heykəlin sənin Hələ çiynimizdədir Uğurlu əlin sənin. Sənin yerin görünəcək Ulu Öndər H.Əliyevin əziz xatirəsinə. Bir səməndər quşu oldun cilvə çəkən odun vətən, Sən müsəlləh ər oğuldun, çilə çəkən qadın vətən, Sən vətənin övladısan, sənin də övladın vətən Arındıqca qarayla ağ, nahaqla haqq bilinəcək Sənin yerin görünəcək ! Nə zaman ki, Azərbaycan Təbrizinə, Zəncanına qovuşacaq Nə zaman ki, qaçqınların ata-baba ünvanına qovuşacaq Nə zaman ki, qisasımız haqq, ədalət divanına qovuşacaq O gün vətən başdan-başa al qumaşa bürünəcək Sənin yerin görünəcək ! Nə zaman ki, İrəvandan, Qarabağdan köç edəcək xəyanət, şər Nə zaman ki, "Azərbaycan, Azərbaycan” söyləyəcək bütün bəşər Nə zaman ki, sənin böyük abidəndən lent kəsəcək körpə Heydər Arzuların vətənində açıldıqca çiçək-çiçək Sənin yerin görünəcək ! Daim yeni zəfərlərə səsləyəcək ruhun bizi Əməllərin ömrümüzü bəzəyəcək, xoş xatirən qəlbimizi Haqq, ədalət qarşısında büküləndə namərd düşmənlərin dizi Nə zaman ki, haylar, yanlar dizin-dizin sürünəcək Sənin yerin görünəcək ! Milli Ordun bir müzəffər yürüş ilə yurdları azad edəndə Oğulların Xocalını, Kəlbəcəri, Laçını abad edəndə Bağladığın kontraktlar bəhrə verib millətini şad edəndə Sən ey ömrü bir ədəbi məşəl kimi yanan ürək Sənin yerin görünəcək !
| |
Просмотров: 1154 | |