Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Yalançı vədlər
Hər qaranlıq gecədən doğar günəş,
Bəlkə buna görə gözəldir gecə.
Hər dərtdən betərdir gecə
Bəlkə buna görə də dər adı vermirik eşqə.
İndi ayrılığın zəfər zəngi çalınır,
Bir sevda da beləcə sona çatır
Geridə qalanlardan biri ağlayır,
Eşq adlı kitabın,səhifələri qatlanır.
Mən necə edib də olaram sənsiz,
Yaşayıram kor-təbii,bir kimsəsiz.
İçimdə yox olur bir eşq səsiz-səəmirsiz
De axı,insan necə yaşayar sevgisiz?
Nə qədər vədlər,nə qədər sözlər,
Yerini görəsən nəyə verdilər?
Bir insan bu qədər mi çox sevilər?
Kim belə bir eşqdən üz döndərər…
Üzümdə yadigar qalıb səndən
Ayrılığınla onu tək qoydun mənlə,
Bir göz yaşını verdin həmişəlik
Həkk etdin gözlərimə birdəfəlik.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 826 | Рейтинг: 0.0/0