Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Yuxusuz qadın
Gecə keçir işıqlar sönür
ikibir ,üçbir.
hüzura qovuşur evlər,
Şəhər yuxuya gedir.
az qalır səhərə
işıqlı bir pəncərə
uyumur , dincəlmir…
Görəsən yuxusu gəlmir?
O pəncərənin arxasında
qara-qara düşünən
yuxusuz, yorğun ,
əsəbi bir qadın
qaranlığa dikib gözünü.
unudub neçə olduğunu saatın
unudub özünü.
qapı döyülür…
Qovub gözlərindən yuxunu,
Boğüb qaranlığın xofunu,
qapıya qaçır,
təlaşla qapını açır qadın
yuxusuz gözlərin
bir sual oxunur
-Hardaydın?!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1009 | Рейтинг: 0.0/0