Üzü məndən niyə dönüb bu qızın
Neynədim yönnəşib yönə gəlmədi Mənnən bir məzhəbə, dinə gəlmədi Ha səslədim qibləsinə gəlmədi Üzü məndən niyə dönüb bu qızın. Əvvəl dəcəl idi, ərköyün idi Dili, tavazası min löyün idi Dünəni şad idi, şalayın idi Rəngi, ruhu suya dönüb bu qızın. Ovcundadı gözlərinin yağışı Dindirirsən yanağından axışır Atlını atından salan baxışı Yuxalıb, piləyə dönüb bu qızın. Gəlib, gəlişindən bay olmamışam Gülüb, gülüşündən pay almamışam Sevib sevgisindən bayılmamışam Könlü qırıq neyə dönüb bu qızın. Sevinci gözündən aralı düşüb Sevgisi könlünə yaralı düşüb Payız yarpağı tək saralıb, düşüb Telləri ipliyə dönüb bu qızın. Oturduğu yerdə əlifi çaşıb Dolaşıb ilməsi, kələfi çaşıb Xəyal dünyasının hədəfi çaşıb Sevgisi gileyə dönüb bu qızın Belə tez sevərmiş, unamamışam Tellərin oxşayıb, sanamamışam Hələ də anlayıb qanammamışam Üzü məndən niyə dönüb bu qızın?!
| |
Просмотров: 1069 | |