Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.04.2026

Darıxıb , darıxıb öləcəm axır…
Pəncərə önündə boynu bükülü
Yollara boylanır qəmim,gileyim.
Yola da tərs kimi kədər tökülüb
Baxıram, qorxuram dözə bilməyim.
Bu ağaran yollar ümiddi hələ
Baxıram gözümün kökü saralır.
Qayıt, bu yolları sevincə bələ
Qayıt, axşam düşür, hava qaralır.
Yığılıb başıma xatirələrin
Ümid soraqlayır, təsəlli umur.
Üşüyür qəlbimdə boş qalan yerin
Üşüyür kədərin, sənsiz uyumur.
Həsrətin asılıb kipriklərimdən
Ürəyim yatmayır ipə, ilməyə.
Yapışma qəlbimin kövrək yerindən
Qorxuram, qorxuram dözə bilməyəm.
Başımdan həsrətin tüstüsü qalxır
Qəlbimdə közərən eşqim qalacaq.
Darıxıb-darıxıb öləcəm axır
Qəmim bu dünyada yetim qalacaq.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 872 | Рейтинг: 0.0/0