Qayıt gəncliyimin odlu çağları
Qayıt gəncliyimin odlu çağları Qayıt, alovuna bürünüm yenə. İlkin mən oyadım yorğun bağları Şehdə dizin-dizin sürünüm yenə. Qayıt , duyğuların buzu ərisin Arzular bulaq tək çağlasın yenə. Günlər addım-addım geri yerisin Qayıdım ömrümün dəliliyinə. Qayıt , ay ömrümün gözəl günləri, Ülvilik, gözəllik, paklıq ünvanım, A xəyal qanadlı itik gümanım, Ay əli qoynunda yol gedən pəri, Sən də, ay ilk sevda, sən də dön geri.
| |
Просмотров: 834 | |