İllər daha mənə neyləməliydi…
Özüm də bilmədim nə zaman, nə vaxt İllər ömrü, günü yarı eləyib. Xalxın hər gününü bəxtəvər, xoşbaxt Mənim hər günümü qara eyləyib İllər daha mənə neyləməliydi? Zərif əllətimi əlimdən alıb Qara tellərimi əlimdən alıb Gənclik illərimi əlimdən alıb Məni 50 yaşlı qarı eliyib İllər daha mənə neyləməliydi? Əlindən qaçmağa yermi qalıbdı? Açıb tökmədiyi sirmi qalıbdı? Çiynimdə illərin cürmü qalıbdı Dərd yükü çiynimi yara eləyib İllər daha mənə neyləməliydi? Ürəyin əzəlki zoru qalmayıb Əriyib gözümün nuru qalmayıb Çeşmə bəbəklərim duru qalmayıb Gözümdə dünyanı darı eləyib İllər daha mənə neyləməliydi? Gün günün üstünə günümü gəlib? Gəlib aparmağa günümü, gəlib. Ömrümün payızıa yenimi gəlib Yaşıl yarpağımı sarı eləyib İllər daha mənə neyləməlydi?
| |
Просмотров: 806 | |