Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Baharam
Qırçın-qırçın zəmilərim bin-bərəkət süfrəsidir.
Mən baharam!
Hər axşamım, hər səhərim ömrün, günün
Nəşəsidir , müjdəsidir.
Nurlu günəş başım üstə çətir olar
Sünbüllərim saçaq-saçaq,
Puçurlarım yarpaq-yarpaq, budaq-budaq,
Dünya dolu qucaq-qucaq
Xoş rayihə, ətir olar.
Gözəllikdi baxsan hara
Könül deyir:- Gəl sevincdən qanad açaq
Gəl qoşulaq ilk bahara,
Gəl qoşulaq biz də qərib durnalara,
Gəl Şuşaya, Xocalıya, gəl Laçına sarı uçaq,
Gəl Tərtərə, Kəlbəcərə, gəl Xaçına sarı uçaq.
Gəlin gedək mamırlayan ocaq daşın sevindirək,
Gəlin gedək qəribsəyən bulaq başın sevindirək.
Gözləri yollarda qalan dağı-daşı yada salaq
Yurdlara gözətçi qalan, əlləri daş altda olan
Yar, yoldaşı yada salaq.
Bir gün zəfər müjdəsiylə
Biz sizə dönərik deyək,
Bir Koroğlu nərəsiylə
Düşməni yenərik deyək.
O yurdları biz təzədən şən elərik.
O gün bir düyün elərik!
Dostlar , əsil toy-düyünü
Deyirəm o gün elərik!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 909 | Рейтинг: 0.0/0