Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Unutma
Bu sevgiyə,eşqə dönük çıxmısan
Heç olmasa bircə məni unutma.
Qəlb evimi öz əlinlə yıxmısan
Saçlarıma düşən dəni unutma.
Bağ-bağçada sənlə qoşa gəzərdim
Hər nazına,hər qəmzənə dözərdim
Saçlarına tər çiçəklər düzərdim
Gəzdiyimiz o çəməni unutma.
Ötüb getdi bu eşqimiz yel kimi
Yenə axdı göz yaşlarım sel kimi
Mənim bağrım biyabanlı çöl kimi
Ora düşən duman,çəni unutma.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 857 | Рейтинг: 0.0/0