Sevsən əgər
Bir gün belə sual etdi, Cavan gəlin öz ərindən. Neyniyim ki ömrüm boyu, Məni belə sevəsən sən? Oğlan dedi əgər səni Sevən görsəm həmişə mən, Bil ki elə indiki tək Ömrün boyu sevilərsən. Düşünərək gəlin bir az, Dedi doğru söyləyirsən, Ancaq bir də neyniyim ki, Sevdiyimi biləsən sən? Cavan oğlan gülümsəyib, Dedi çalışma nahaqdır. Sevsən əgər gözlərindən Qəlbim bunu duyacaqdır…
| |
Просмотров: 812 | |