Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Məsaj
Dünən telefonuma, bir mesaj gəldi,
Gecənin bu vaxtı kimdi görəsən ?!
Açdım, oxudum ki, köhnə sevgilim
Darıxıb və yazıb, "Salam, necəsən?”
İstədim əvvəlcə, cavab yazmayım
Sonra düşündüm ki, yox nəyə lazım?!
Axı mən də onunçün, çox darıxmışam
Yaxşısı budur ki, tez cavab yazım…
Yazdım ki, ” Yaxşıyam, bəs sən necəsən?
Demək, silməmisən nömrəmi hələ,
Ən az 6 aydı , görüşmürük biz
Nə əcəb yadına, düşmüşəm belə?! ”
Yazdı, ” Düz deyirsən, ancaq nə bilim,
Oluram səninçün, hər gün narahat
Səninlə xoşbəxtdim, indi mənimçün
Sənsiz itiribdi, mənasın həyat ! ”
Birgə yaşadığımız gözəl anları,
O necə unutsun?!…zarafat deyil !
Bir sevgi nağılı yaşamışdıq biz,
Müddəti nə az, nə çox…iki il…
Eyniydi zövqümüz, xasiyyətimiz
Ortaq dostumuz da, çoxdu üstəlik..
Təsadüf deyil ki, elə onunla
Sevgili olmazdan öncə dost idik…
Mən ki ayrılmağı, istəməmişdim,
"Ayrılaq” kəlməsin deyəndə birdən
Belə danışmağa da , məncə yox haqqı
Tərk edən o idi, tərk edilən mən…
Halbuki, ” təzədən başlayaq ” desəm,
Heç nə soruşmadan, "hə” deyər mənə
Yenə alınmasa, yenə ayrılsaq
Bəs sonra dost-tanış, nə deyər mənə?
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 736 | Рейтинг: 0.0/0