Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Misaldı sənə
Yoxdur gözəllikdə tayın,bənzərin
Nə Günəş,nə də Ay misaldı sənə.
Gözünə sürmədi yağan yağışlar
Elə bil külək də sığaldı sənə.
Cavabın "hə”dirsə gözümə bax sən.
"Yox”dursa,gözünü yum,anlayım mən.
Yəqinki özün də başa düşürsən,
Mənim hər baxışım sualdı sənə.
Ayrıldıq…
Hələ çox deyinəcəyəm.
Arada yuxunda görünəcəyəm,
Mən səni bir ömür düşünəcəyəm
Bəs məndən xatirə nə qaldı sənə?
Səni itirən gün sanki uduzdum,
Suallar içində yolumu azdım,
Həsrətdən yüzüncü şeiri yazdım,
Məni şair etdin,halaldı sənə.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 839 | Рейтинг: 0.0/0