Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Azərbaycan Ətraflı
O günəşdir işıq saçır
Saçacaqdır zaman-zaman
O başımın fərəh tacı
Elim,obam-
Azərbaycan!
Bu cahanda o bir aləm,
O bir polad,o möhtəşəm,
Təbiəti dərdə məkhəm,
Suyum,havam-
Azərbaycan!
Naxçıvandı,Lənkərandı,
Qubadlıdı,Zəngilandı,
Hər bir yanı Gülüstandı
Şəkim,Qubam-
Azərbaycan!
Aşıqları sözlü,sazlı,
Nəğmələri xoş avazlı.
Toy,bayramdı bahar-yazı
İsti sobam-
Azərbaycan!
Şəmkir,Qazax,Tovuz,Gəncə,
Həsrətimdir ulu Göyçə
Yolu mətin,yolu incə
Yurdum,yuvam-
Azərbaycan!
Dağlarında duman çəndi
Saçlarıma düşən dəndi.
Viran qalmış yurd Vətəndi
Şuşa qalam-
Azərbaycan!
Oğulları igid aslan
Əməlləri şanlı dastan.
Səndən ötrü keçib candan
Ulu babam-
Azərbaycan!
O tarixdi daş qalalı
Bərəkətli gen tarlalı
Şirin,şəkər,bal laylalı
Mənim anam-
Azərbaycan!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 878 | Рейтинг: 0.0/0