Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Barışan deyil
Qoy baxım arxanca etibarsız yar,
Apar gözlərimi,özünlə apar.
Bircə ürəyimi geriyə qaytar,
O ürək səninlə barışan deyil.
Bu gediş yandırıb məni yaxsa da,
Qəlbimi ayrılıq,həsrət sıxsa da,
Gözümün yaşları sel tək axsa da
Könlüm bu sevdaya alışan deyil.
Sən idin sevgilim,sən idin bircə,
Sənsiz necə dözüm,sənsiz mən necə?!
Gecəm gündüz olub,gündüzüm gecə
Sənsiz ulduzlar da sayrışan deyil.
Düşdü məhəbbətim dumana,çənə
Həsrətlə boylandım hər ötən günə.
Bilmədim o gözlər nə dedi mənə
Yaxşı ki,baxışlar danışan deyil.
Gəldimi dünyanın sonu,bilmədim
Kİm geydi yalandan donu,bilmədim
Daşdırmı ürəyim,onu bilmədim
Daha şirin-şirin söz qoşan deyil.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 862 | Рейтинг: 0.0/0