Bahar , ay Bahar
Üfiqlər bəzəsin qövsi qüzehlə Dünyaya gözəllik payla, ay bahar. Dərdimiz yuyulsun yağışla, şehlə Durulsun bulanıq çaylar, ay bahar, Səni gözləyirik, bahar, ay bahar! Laçından, Şuşadan, Xocalıdan keç, O Göyçə deyilən ucalıqdan keç, Murova, Kətiyə lalədən don biç Səninlə güləcək ellər,ay bahar. Səni gözləyirik, tez gəl, ay bahar! Qarlı köynəyini soyunsun dağlar, Qanlı köynəyini soyunsun dağlar. Bəsdi göz yaşında yuyundu, artıq Bahar yağışında yuyunsun dağlar. Səbrimiz tükənib daha, ay bahar. Səni gözləyirik, bahar, ay bahar! Aydın səma gətir göylərimizə Azad nəfəs alsın aranım, dağım. Qan-qada gətirmə bir daha bizə Ovunsun sinəsi qanlı torpağım Aran Qrabağım, dağ Qarabağım.
| |
Просмотров: 1175 | |