Qaranquş
Bir gün gördük qaranquş Eyvanda yuva qurur Qızım tez bunu görcək Onun seyrinə durur. Qaranquş dimdiyində Həyətdən çöp gətirir Çöpü yuvaya qoyub Yorulur nəfəs dərir Qızım baxıb bu quşa Onun halına yanır Ona kömək etməyi Özünə bir borc sanır. Bacısını çağırıb, Bir dəstə çöp yığırlar Üzlərində təbəssüm Tez eyvana çıxırlar Çöpü eyvana qoyub Gizli-gizli baxırlar. Qaranquş gələn zaman Eyvanda çöpü görür Götürüb dimdiyinə Divarda çələng hörür Qaranquş cəh-cəh vurub Bildirir sevincini Yaxşı-yaxşı bərkidir Yuvanın hər küncünü. Durub yuvada bir an Bir az aldı dincini Baxdı o yan,bu yana Gördü ki, yoxdu bir kəs Fikirləşdi bir qədər Birdən eşitdi bir səs Gördü iki qizcığaz Gizli-gizli baxırlar Piştaxtanın dalından Yavaş-yavaş çıxırlar Qaranquş hey düşündü Üz-gözündə təbəssüm Oxudu şən bir mahnı Uğur vardı bu mövsüm.
| |
Просмотров: 1040 | |