İlaxır günlərdə (Novruz şeiri)
Üzlərə sevinc qonar, Hər yanda tonqal yanar. Uşaqlar bu tonqalın Üzərindən atlanar İlaxır günlərində. Qodu-qodu gəzərlər, Qol çırmayıb süzərlər. Qoğal dolu xonçanı Süfrələrə düzərlər İlaxır günlərində. Oyun çıxarar keçəl, Kosa keçəldən dəcəl. Onların hər fəndinə Burda tamaşaya gəl İlaxır günlərində. Keçəl çatıb qaşını, Yeyər bayram aşını. Çox istər atsın daha Subaylığın daşını İlaxır günlərində. Hər gün atarlar papaq, İstər böyük,ya uşaq. Bir axşam gizli-gizli Hamı kəsilər qulaq. İlaxır günlərində. Qızlar fala baxarlar, Bulaq üstə çıxarlar. Ətirli bənövşəni Dərib döşə taxarlar İlaxır günlərində. Novruz gəzər vətəni, Səsləyər yasəməni. Bəzəyər bənövşələr Bütün çölü,çəməni İlaxır günlərində.
| |
Просмотров: 1894 | |