Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Qazax
Dostum, ayaq saxla bu ellərə bax,
Babalar ruhunu yada sal indi.
Dahilər bəxş edib yurduma Qazax,
Vaqifi, Vurğunu yada sal indi.
Ruha qanad verən sazın, sözün var,
Cənnətə bərabər çölün, düzün var,
Sevən könüllərdə sənin izin var,
Bu nəcib duyğunu yada sal indi.
Ağsaçlı dağların səngərə bənzər,
Qarlı zirvələrin əsgərə bənzər,
Alınmaz qalasan hünərə bənzər,
Vətənə sayğını yada sal indi.
Dəli Kür boynunda mirvari kimi,
Ağbulaq süzülür dağ qarı kimi
Ötür ömrümüzün baharı kimi
Ən ləziz suyunu yada sal indi.
Min tarix yazılıb hər bir daşına,
Kimsə bələd deyil sənin yaşına,
Süfrən açıq olur qəlb sirdaşına,
Qonağa qayğını yada sal indi.
Sən qanad olandan Azərbaycana,
Şöhrətin yayılıb bütün cahana,
Yaşa, ömrüm-günüm min alqış sana,
Azəri oğlunu yada sal indi.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 908 | Рейтинг: 0.0/0