Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Суббота, 13.12.2025

Görə (Qəzəl)
"Millət it günündədir” Hacı Baba Pünhana görə.
A kişi it şükürdü gəzdiyi ormana görə.
İstədim zəng eləyib Pünhana bir sual verəm,
Telefon işləmədi sökülmüş şalbana görə.
Söydüm şalban sökənə,sordum neyçün sökülübdü,
Dedilər yandı bu qış soyuğa,borana görə.
Yüksəldi əsəbimdən hərarətim,qan təziqim,
Həkimə gedəmmədim olmayan imkana görə.
Başı çox dəysə daşa xeyri nədir ki Məmmədə
Uzatmaz ayağını yatdığı yorğana görə.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 854 | Рейтинг: 0.0/0