Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.04.2026

Bayramda…(qoşma)
Gün keçdi,ay ötdü,gəldi 8 MART
Bilirəm qiymətin ləldir,ay arvad.
Pulsuzluq əlindən qaldım iki qat
Bu halım bağrını dəldi,ay arvad.
Bilirəm oynatma o göz-qaşını
Çox bəhanələrlə qatıb başını
Ləzzətlə yemişəm bayram aşını
Gör neçə bayramdır,ildir,ay arvad.
Ötürmə köksünü,çəkmə çox da ah,
Açılar bizə də bir nurlu sabah.
Qayğısız günləri o qadir ALLAH
Bəlkə bizə rəva bildi,ay arvad.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1107 | Рейтинг: 0.0/0