Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Ana
Doğulub elə ki,gəldim dünyaya
Çıxdi rahatlığın əlindən ANA.
Gecələr yatmayıb laylamı dedin,
"Of” sözü eşitmədim dilindən ana.
Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi ayaq üstəsən nə mənasi var?
Yüz kərə öpsəm də əlindən ana.
Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
Halal zəhmətinle böyütdün məni,
Heç kimə boyun əymədin ana..
Adın müqəddəsdir adına qurban,
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et anaaaa….
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 899 | Рейтинг: 0.0/0