Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Суббота, 13.12.2025

Əziz anam 8 mart bayramın mübarək
Əvvəl sən düşürsən, yadıma ana.
Baş vurduqca xəyal adlı ümmana,
Yalnız sən yetirsən, dadıma ana.
Doğulandan sənsən arxam,dayağım
Zülmət gecələrdə sönməz çırağım,
Büdrəyib od üstə düşsə ayağım,
Məndən tez yanırsan, oduma ana.
Bu kövrək qizinin ümid yerisan,
Ayrıla bilmərəm səndən bircə an,
Bircə an da ayrı qalanda
Yaman tez düşürsən, yadıma ana.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1273 | Рейтинг: 0.0/0