Sabahın xeyir, Ana!
Ana, sənsizliyin çimir aldığı Gecələr həsrətin güman yeridi. Yuxu ürəklərin yorğun saldığı Arzunun qapanan kiprikləridi. Yenə həsrətimə güc gələr gecə Yenə də əriyər məzar sükutu. Yenə kipriklərim kilidlənincə Yuxu ayaq-ayaq gəzər sükutu. Yenə sığınaram köksünə, Ana, Məzar soyuqluğu üşütməz məni. Mən necə qarğayım o günə, Ana, O amansız günlər eşitməz məni. Məni məndən əzəl duyanım Ana Mənə məndən artıq yanası sənsən. Dar gündə, çətinim həyanım Ana, Analı dünyamın anası sənsən. Sabahın xeyir , Ana! Sabahın xeyir , Ana, Sabahlar dünyanın ulu çağıdı Bu dünya sənin gözlərindi , Ana , Gecələr qarası ,gündüzlər ağıdı. Mənə uğur dilə , xeyir arzula , Ana, Sabahlar dünyanın ulu çağıdı. Sabahın xeyir , Ana! Yuxusuz keçirmişəm bu gecəni də. Yuxuda itirmişəm çörəyimə yavanlıq qayğını , Ana, Yuxuda itirmişəm səni də. Arzular qırılmış boyunbağıdı Tökülüb yollara , ay Ana. Sabahlar dünyanın ulu çağıdı Mənə uğur dilə , xeyir arzula! Sabahın xeyir , Ana! Yenə də qaranlıq dağıldı Günəş üzə gülən körpədi , Ana, Buludlar ağappaq bələkağıdı. Tale gözübağlı ötdü yanımdan Tale yenə məni görmədi ,Ana, Mənə uğur dilə , xeyir arzula , Sabahlar dünyanın ulu çağıdı.
| |
Просмотров: 1031 | |