Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Yadima düsdü.
Uşaqliğim gəldi gözüm önünə
Nənəmin çöhrəsi yadima düşdü.
Daraqla darayib yun əyirdiyi,
Kirişi,cəhrəsi,yadima düşdü.
Əyilib təndirə lavaş yapdiği,
Yiğmadan,süzmədən,qurut tutduğu
Taxtanin üstündə kələm çapdiği,
Uzunsov dəhrəsi yadima düsdü.
Torpaği belləyib kartof əkdiyi,
Nimdaş yun faykadan ,iplik sökdüyü
Qirmizi buğdadan yarma çəkdiyi
Dişli kirkirəsi,yadima düşdü.
Dağlarin başindan dartaraq kaşan,
İndi o yerlərdən qalmayib nişan
Kərməylə,təzəklə,yanib alişan,
Təndiri, kürəsi, yadima düşdü.
Sanki gördüklərim olubmuş dünən,
Rəhim,kimə qaldi o ev,o binən.
Qatiqdan kərə yağ,ayrana dönən,
Çalxanan nəhrəsi,yadima düşdü.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 888 | Рейтинг: 0.0/0