Nə yaşım var mənim hələ?
Səndən yaman yanıqlıyam saçlarıma düşən dən Nədən düşdün Söylə nədən Bənzər ömrüm Tər çiçəyə,gülə mənim Nə yaşım var hələ mənim? Fikirdənmi məni tapdın Yoxsa mənmi səni tapdım De,kim-kimi tapdı belə Nə yaşım var mənim hələ? Dərdim artır saçlarımda artdıqca sən. Heç insafın yoxmuş sənin a zalım dən Artmamaqçün saçlarımda Necə tutum səni dilə Ay insafsız… nə yaşım var mənim hələ. Sığal çəkib qara telə, hey gəzərdim o tin, bu tin Oğramışdım ürəyini qara gözlü bir gözəlin Vurulmuşdu o qız mənə bir könüldən, min könülə Ay insafsız… Nə yaşım varmənim hələ. Sən artdıqca saçlarımda röya dolu nağıllardan uzaq düşdüm Sən artdıqca saçlarımda şirin-şirin xəyallardan uzaq düşdüm Vida dedim nağıl dolu xəyal dolu Neçə aya, neçə ilə Ay insafsız… Nə yaşım var mənim hələ? Pərt elədi bu gün məni saçlarıma düşən dən də Mənim kimi vardı belə pərt olan da, düşmən kimi sevinən də. Bir dostum da sığal çəkdi saçlarıma gülə-gülə. A zalım dən… nə yaşım var mənim hələ İndən belə sənlə birgə gedəcəyəm qalan yolu Heç olmasa qalan yolda görə bilim sağı, solu. Bir ricam var,a dən səndən boş qafamı bir silkələ Ay insafsız… nə yaşım var mənim hələ.
| |
Просмотров: 945 | |