Məni şeirimdə gəz bir insan kimi (Məmməd araza)
Səni şeirində gəzib dolaşdım Baxdım yan-yörənə,baxdım kölgənə. Sanki uca dağın qoynuna qaçdım Əllərim çatmadı ucqar zirvənə. Gücünü,qüvvəni təbdən alarkən, Bağban tək bağçada güllər bitirdin. Çaylar üzərindən körpü salarkən, Ellərə qovuşub,ellər itirdin. Anlamaq çətindi qoca cahanı Tale də hərəyə bir ömür yazmış. Bütöv görmək üçün AZƏRBAYCANı Sən demə,sən demə bir ömür azmış…
| |
Просмотров: 972 | |