Dünyanin
İnsanlar yolunu azan zamandan Yamanca dəyişib hali dünyanin. Hami uzaqlaşib dindən,imandan, Bağlanib ciğiri,yolu dünyanin. Çoxdur bir-birini alib-aldadan, Fironluq eyləyir avara,nadan. Çoxlari törəyib bicdən,zinadan, Dəyməmiş tökülür kali dünyanin. Yola salmaq çətin xeyiri,şəri, Cibi boş olanlar gəzir sərsəri. Arvadlar ərini güdəndən bəri, Qirilib qanadi qolu dünyanin. Ac-yalvac,orda-burda küllənir, Müftəxorlar "Kafe-Bar”da şellənir. Kasiblar əl açib qəpik dilənir, Haraya çəkilib pulu dünyanin. Müdir fəhləsinin haqqini danir, İmkansizlar öz elində utanir. Göyçə buz bağlayib,Qarabağ yanir, Qalxib asimana külü dünyanin. Falçilar tərsinə yozandan sonra, Molla yalan”pitik” yazandan sonra, Seyidlər yolunu azandan sonra, Elə bil qirilib beli dünyanin. Qulaq səksəkədə,fikirlər çaşqin, Düşübdür insanlar didərgin,qaçqin. Qasirğa,sürüşmə,firtina,daşqin, Aləmi götürüb seli dünyanin. Rəhimin heç yana çatmayir ünü, Çoxu tapdalayib məzhəbi,dini. Heç də uzaq deyil "Qiyamət günü”, Sonu yaxinlasir ulu dünyanin. Rəhim Kazim oğlu (Qurbani). Göyçə mahali.
| |
Просмотров: 839 | |