Xocalı şeiri
İnsanlara qıymadan, Güllə atəşinə tutdular. Yaşlı, uşaq baxmadan, Yanar oda atdılar. Neçə şəhidlər verdik, Neçə ana itirdik, Neçə illər gözlədik, Xocalı, ay Xocalı ! Könlümüz dərddən yaralı, Gözümüz səndən aralı, Qəlbimiz düşməndən dağlı, Xocalı, ay Xocalı ! Gün gələr, dərdimiz sona yetər, Hər kəs öz yurduna dönər, Şəhidlərin ruhu sevinər, Xocalı, ay Xocalı ! Sənin uğrunda döyüşməyə hazırıq, Vətən torpağını qaytarmağa hazırıq, Düşmənə hər cür əzab verməyə hazırıq, Xocalı, ay Xocalı ! Şəhidlərin qanı yerdə qalmayacaq, Anaların haqqı düşməndən sorulacaq, İgid oğullar səni düşməndən qurtaracaq, Xocalı, ay Xocalı !
| |
Просмотров: 6169 | |