Sevə bilməmisən,sevildiyin tək
Sevirəm sözünü gətirib dilə, Bir ürək vermişdim,eşqdolu ürək. Demə indiyədək onu sən hələ, Sevə bilməmisən,sevildiyin tək. Sevgin dünya boyda gələrdi, mənə, Etməzdim sevginə şübhə,bəhanə, Məni dünya boyda sevsən də yenə, Sevə bilməmisən,sevildiyin tək. Deyərdin neynirəm varı,dövləti, Gözümün ucuyla baxmaram qəti. Yüksəkdə tutsan da bu məhəbbəti, Sevə bilməmisən sevildiyin tək.
| |
Просмотров: 859 | |