Ana olmasydı deyin cahanda…
Ana olmasydı deyin cahanda Körpələr laylasın kimdən alardı?! Laylasız böyüyən hər bir insanda Ürək əvəzinə daş asılardı. Ana olmasaydı siz deyin görək Ürək nə istərdi,nə arzulardı? İnsanı həyata bağlayan ürək Arzusuz,istəksiz necə vurardi? Ana olmasaydı şair,bəstəkar Nəyi bəstələyib,nəyi qoşardı, Allahın sevdiyi gözəl nəğməkar, De bizim muğamlar nə cür olardı? Bu yer üzərində ana olmasa Olmazdı yerin də gözəl biçimi. Yer də bənzəyərdi göydəki Marsa Günəşsiz qalardı soyuq qar kimi. Of;-bu nə söz belə "ana olmasa” Analı hər günə,hər ana qurban. Analar olmasa bataram yasa Ollam anaların ruhuna qurban!
| |
Просмотров: 955 | |