Ana haqqında şeir
Quş uçmaq istədi, Allah qanad verdi. O süzdü havanı, gəzdi dünyanı Qarışqa zəhmətkeş olmaq istədi, Tanrının hökmü ilə, qüvvət verildi. İnsanın da arzusu vardı tanrıdan Bu arzu yaşamaq, yaşamaq idi. Tanrı da insanın bu arzusunu Yerinə yetirdi bir mələk verdi İnsanı yaşadan bax bu mələkdir Bu mələk anadır, ana mələkdir. Anasız heç bir şəxs yaşaya bilməz Ananın əlində o ölə bilməz. Ona görə yox ki qorxur ölümdən. O qorxur ananın kövrəlməsindən. Ananın gözündən axsa əgər yaş Övladın dünyası dağılacaqdır.
| |
| Просмотров: 6073 | |