Bir gün mən ölsəm
Bir gün mən ölsəm ürəyimə sevgi gözlərimə günəş torpağıma çiçəklər əkin rəng rəng uşaqların gülüşünü səpin üstümə bir də qoxusunu çəkim içimə hər səhər. Bir gün mən ölsəm bütün ağrılarımla buraxın bədənimi torpağa çevirib günəşə üzümü suyun ağladığı bir bulaq başında sevgidən, şeirdən bir məzar edin. Bir gün mən ölsəm məzarıma güllər qoyun durnalar salam gətirsin uzaq diyarlardan salam götürsün uzaq diyarlara külək necə inlərsə budağında ağacların necə çırpınırsa bir ulduz düşdüyündə boşluğa bir duman kimi itib getdi deyin. Bir gün mən ölsəm dərin çaylarda yuyun məni axan sularda, yağan yağışlarda bir çiçəyin qoxusuna gizləyib yetim ruhumu nazlı bir uşağın gülüşünə qoyun hoyrat küləklər əssin uzaq dağlara dağlar gönlümün qərənfillrəine əssin beceremedi yaşamağı, beceremedi deyin.
| |
Просмотров: 961 | |