Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Düzə-Düz
Gəl sənə söyləsin qan olan könül,
Əyrini əyriyə,düzü düzə düz.
Onsuz da cəhalət düzələn deyil,
Haqqı söyləsə də yüzü düzə düz.
Ayrılıq həsrəti Araza düşdü,
Həya aza düşdü,ar aza düşdü.
Çoxu Şəhriyarla Araza düşdü,
Yazdılar şeirdə sözü düzə düz.
Məmməd,əlac olar bir gün yarana,
Söylə,külüng ilə dağlar yarana,
Neçə dil yarana,dodaq yarana,
Elin tərəzidir gözü düzə düz.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 904 | Рейтинг: 0.0/0