Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Səni çox gözlədim
Sən qara gözlərin sahibi bir qız,
mənsə o gözlərə vurğun bir kəsəm.
Bilirsən? mən sənə aşiq olandan,
bilmirəm hardayam, bilmirəm kiməm.
İstərəm sevgimi hər kəsə deyəm.
Sen keçen yerlerden keçirəm bəlkə,
arxada qalıbdır səndən bircə iz.
men senin arxanca gezen bir kölgə,
sən başı aşağı gedirsən səssiz.
səni sevdiyimdən tamam xəbərsiz
önünə cıxmağa qorxuram inan
özümdə cəsarət hiss etməmişəm
hələki bir qızın önünə keçib
qelbimdən keçəni söyləməmişəm
bəlkədə bu qədər çox sevməmişəm
bəlkədə sevmişəm. yox sevməmişəm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 939 | Рейтинг: 0.0/0