Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Bəlkə yaxın olardım sənə
Bir bulud olsam..
Göylərdə çaxsam..
Leysan olub..
Sevgilimin üzərinə axsam..
Bəlkə yaxın olardım sənə…
Bəzən bir ümidi..
Bəzən göz yaşı olsam..
Yanaqlarından axsam..
Dodaqlarında həyatım bitsə…
Bəlkə yaxın olardım sənə…
İsti bir nəfəsi…
Yatarkən isti bir yorgağnı olsam..
Yatanda üstünü örtsəm..
Bütün ürəyimlə onu sarsam…
Bəlkə yaxın olardım sənə…
Sevdiyi bir əşyası..
Baxdıqda gözlərini ayırmayan..
Darıxdıqda köksünə sıxdığı
Əlləriylə sığalladığı olaydım kaş…
Bəlkə yaxın olardım sənə…
Çarəsiz anlarında…
Sevgimizi xatırlayanda..
Gözləri məni axtaranda…
Yadına düşən ən gözəl xatirə olaydım…
Bəlkə yaxın olardım sənə…
Gizli bir dünyan olsam…
Ürəyindəki tək sirrin olsam..
Heç kəsə deməyəcək qədər saxlı hisslərin olsam…
Ürəyindəki tək mən olsam…
Bəlkə yaxın olardım sənə…
Səssizliyi olsam…
Üzündəki təbəssümü olsam…
Bu yalan dünyadakı tək gerçəyi olsam…
İçində saxladığı saxlı hissləri olsam…
Bəlkə yaxın olardım sənə…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 929 | Рейтинг: 0.0/0