Sevgini əsirgəmə
Sən özün gözəl bilirsən, Sevgi nə , sevilmək nədir ! Eləysə gəl əsirgəmə , Hiss edim ki, sevmək nədir, Bilim ki, sevgi gözəldir ! Əlim əlinə çatmayır, Özgəsi qəlbə yatmayır, Ürək məni aldatmayır, O sevir səni , həm də çox, Sözlərim gerçək , yalan yox ! Nigaranam səndən yaman, Bu nakamlıq vermir aman , Bəlkə də gələcək zaman, Bəlkə məni sevəcəksən, Sevdiyini deyəcəksən ! Sən sevib bəla görmüsən, Tənha da ömür sürmüsən, Sevginə nifrət etmisən, De mənim günahim nədir?! Tək günahım sevməyimdir, Tək günahım saf sevgimdir !
| |
| Просмотров: 908 | |